13 C
Baku
Tuesday, December 2, 2025

Tramp yeni FES sədri vəzifəsinə namizədin adını 2026-cı ilin əvvəlində açıqlayacaq

ABŞ prezidenti Donald Tramp 2026-cı ilin əvvəlində ABŞ Federal Ehtiyat Sisteminin yeni sədri vəzifəsinə namizədinin adını açıqlayacaq.

Tramp bu barədə bu gün Ağ Evdə keçirdiyi iclasda danışıb.

O, həmçinin hazırkı FES rəhbəri Cerom Pauellin fəaliyyətindən narazı olduğunu bildirib.

“Bizdə qatır kimi inadkar bir adam var və yəqin ki, o sizin sevimli prezidentinizi sevmir. Amma o, tezliklə gedəcək. Yəqin ki, gələn ilin əvvəlində yeni Fed sədrini elan edəcəyik”, – Tramp deyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər