17 C
Baku
Thursday, October 16, 2025

Tramp yenidən Putinlə görüşəcək

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışığının bəzi təfərrüatları məlum olub.

Bu barədə Tramp sosial media hesabında yazıb.

Putinlə söhbəti çox məhsuldar adlandıran Ağ Evin rəhbəri qeyd edib ki, yaxın vaxtlarda rusiyalı həmkarı ilə daha bir görüş keçirəcək:

“Söhbətimizin sonunda gələn həftə müşavirlərimizin yüksək səviyyəli görüşünə dair razılaşdıq. ABŞ-ı ilkin görüşlərinə Dövlət katibi Marko Rubio və digər vəzifəli şəxslər rəhbərlik edəcəklər. Görüş yeri müəyyən olunacaq. Bundan sonra Prezident Putin və mən Rusiya və Ukrayna arasındakı bu müharibəyə son qoya biləcəyimizi görmək üçün Macarıstanın paytaxtı Budapeştdə razılaşdırılmış yerdə görüşəcəyik”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər