ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskidən Ukrayna münaqişəsinin tezliklə həlli üçün danışıqlara başlamağa hazır olduğunu bildirən məktub alıb. Amerika prezidenti bunu Konqresdəki çıxışı zamanı deyib.
“Mən bu gün Ukrayna prezidenti Zelenskidən mühüm məktub aldım. Məktubda bildirilir ki, Ukrayna uzunmüddətli sülhü yaxınlaşdırmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”, – ABŞ rəhbəri söyləyib.
Tramp həmçinin qeyd edib ki, o, Rusiya tərəfdən Ukraynada sülh prosesinə başlamaq barədə “güclü siqnallar” alır. “Bu dəliliyi dayandırmağın vaxtıdır. Müharibələri dayandırmaq istəyirsinizsə, hər iki tərəflə danışmalısınız”, – Tramp əlavə edib.
Xatırladaq ki, Donald Tramp fevralın 12-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin 2022-ci ilin fevralından bəri ilk görüşü baş tutub, fevralın 28-də isə Ukrayna prezidenti ilə görüş baş tutub. Ukrayna və Amerika tərəfləri mineral ehtiyatlara dair saziş imzalamalı olsalar da, ABŞ prezidenti ilə cənab Zelenski arasında danışıqlar uğursuz keçdiyinidən, bu, mümkün olmayıb.