13 C
Baku
Monday, January 12, 2026

Tramp: Zelenskinin məndən başqa “kozır”ı qalmayıb

Zelenskinin məndən başqa “kozır”ı qalmayıb.

Bunu ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə verdiyi müsahibədə deyib.

“Onun heç bir “kozır”ı yoxdur. Onun heç (müharibənin) birinci günündən əlində “kozır”ı olmayıb. İndi onun yalnız bir şeyi var – Donald Tramp”, – deyə o bildirib.

Donald Tramp əlavə edib ki, “əgər onun Donald Trampı olmasa, bu, tam fəlakət olacaq və bunu o da, Avropa liderləri də yaxşı bilir.

Sülh danışıqlarının vaxtı ilə bağlı suala cavab olaraq Tramp vurğulayıb ki, bu istiqamətdə konkret təqvim mövcud deyil.

“Biz mümkün olan hər şeyi edirik. Mənim müəyyən edilmiş vaxt cədvəlim yoxdur. Əgər biz hər şeyi ediriksə, sadəcə müharibənin bitdiyini görmək istəyirik. Bu, bizim mövqeyimizdir. Düşünürəm ki, əgər mən prosesə cəlb olunmasaydım, bu, Üçüncü Dünya Müharibəsinə çevrilə bilərdi. Hər şey çox pis gedirdi, çox pis. Bu, bir daha baş verməyəcək,” – deyə o bildirib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər