Qonşuları təhdid etməyi, silahlı qruplaşmaları maliyyələşdirməyi dayandırın və İsrailin mövcudluq hüququnu tanıyın.
Bu barədə ABŞ Prezidenti Donald Tramp İsrail parlamentindəki çıxışı zamanı bildirib.
“Siz hazır olarkən biz də hazırıq, bu, İranın indiyə qədər verdiyi ən yaxşı qərar olacaq. Və bu baş verəcək”, – Tramp vurğulayıb.
ABŞ lideri İranla sülh müqaviləsinin imzalanmasının xoş olacağını da əlavə edib.
“Sizcə bu, yaxşı olmaz? Çünki mənə elə gəlir ki, onlar (iranlılar) bunu istəyirlər”, – Tramp bildirib.