26 C
Baku
Friday, April 19, 2024

Trampdan növbəti “şou” – İspaniya Baş nazirinə – “Otur yerinə…”

ABŞ Prezidenti Donald Tramp Osakada keçirilən G20 sammiti çərçivəsində İspaniyanın Baş naziri vəzifəsini icra edən Pedro Sançeslə danışmaqdan imtina edib.

“Moskovskiy komsomolets” xəbər verir ki, insidentin videoyazısı İspaniya KİV-lərində yayılıb.

Kadrlarda görünür ki, ispaniyalı siyasətçi amerikalı liderlə danışmağa cəhd edir. Lakin D.Tramp ona barmağı ilə kreslonu göstərərək yerində oturmağını istəyir və cəld oradan uzaqlaşır.

Lakin İspaniya KİV-ləri iddia edir ki, ABŞ Prezidenti P.Sançeslə nəzakətli tonda danışıb.

Xatırladaq ki, ötən gün D.Tramp G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşdə zarafatla barmağını silkələyərək ABŞ-dakı seçkilərə müdaxilə etməməsini istəyib.

 

 

Son xəbərlər
Digər xəbərlər