26 C
Baku
Saturday, July 27, 2024

Trampı hakimiyyəti ötürməyə başlamağa çağırdılar

Amerikanın Alyaska ştatının nümayəndəsi olan respublikaçı Liza Murkovski, ABŞ-ın indiki lideri Donald Trampa səlahiyyətlərini Co Baydenə verilməsinə başlamağı tövsiyə edib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Tam və rəsmi təhvil vermə prosesinə başlamağın vaxtı gəlib”, – deyə Murkovski öz “Twitter” hesabında yazıb.

O hesab edir ki, Trampın seçki nəticələrinə etiraz etmək fürsəti olsa da, məhkəmələr bütün bu iddiaları qəbuledilməz sayıb. Bundan əlavə, Murkovski ştat qanunvericilərinə səsvermə nəticələrini dəyişdirmək üçün göstərilən təzyiqin “demokratik prosesə zidd” olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 3 noyabr tarixində keçirilib və Amerika KİV-in proqnozlarına görə, bu mübarizədə demokrat Co Bayden qalib gəlib

Son xəbərlər
Digər xəbərlər