23 Aprel 2025-ci il tarixində Prezident Trump ABŞ-də işçi qüvvəsinin inkişaf strategiyasını aktuallaşdırmaq məqsədilə Fərman imzaladı. Bu fərman, sürətlə inkişaf edən ABŞ iqtisadiyyatında amerikalı işçiləri yüksək maaşlı peşə sahələrinə hazırlamaq məqsədini güdür. Fərman, həmçinin, ənənəvi “hamı üçün universitet təhsili” yanaşmasından əhəmiyyətli dərəcədə kənarlaşmanı təbliğ edir və peşə hazırlığı* və şagirdlik/təcrübə proqramlarını iqtisadi uğur üçün mühüm vasitələrdən biri kimi təqdim edir.
Fərman üçün səbəblər
ABŞ işçi qüvvəsinə dair inkişaf proqramlarını müasirləşdirmək qərarı bir neçə əsas amildən irəli gəlir ki, bunlar ABŞ-nin əmək bazarındakı yaranan boşluqları göstərir:
- İstehsalatın ABŞ-a qayıdışı və sənayenin dirçəlişi: Qlobal istehsalatın ABŞ-a qayıtması ilə əlaqədar olaraq, yeni sənaye sahələrini dəstəkləmək üçün bacarıqlı peşələrə artan tələb var. Əvvəllər digər ölkələrə ixrac edilən istehsalat işləri ABŞ-a geri gətirilir və bununla da texniki təcrübəyə malik işçilərə ehtiyac yaranır.
- Bacarıqların çatışmazlığı: ABŞ, xüsusilə qabaqcıl istehsalat, tikinti və səhiyyə sahələrində mühüm bacarıq boşluqları ilə qarşı-qarşıyadır. Təxminən 2035-ci ilə qədər hər il təxminən yarım milyon bacarıqlı işçi çatışmazlığı yaşanacaq. Bu çatışmazlığın/boşluğun yaranma səbəbi, çox az sayda gəncin peşə təhsilini və təcrübə proqramlarını seçməsidir. Halbuki, peşə hazırlığı və ya şagirdlik/ bacarıqlı peşələrə keçid üçün əsas mənbədir.
- Qlobal rəqabət: Digər ölkələr, xüsusilə Avropa və Asiya ölkələri, peşə təhsili və şagirdlik/təcrübə sistemlərinə böyük investisiyalar etdikləri halda, ABŞ bu mövzuda da geri qalmaq təhlükəsi ilə üzləşir. Peşə təlimi sistemlərini çox yaxşı qurmuş Almaniya və İsveçrə kimi ölkələr daha aşağı işsizlik göstəricisinə və daha güclü iqtisadi artıma nail olublar.
- Texnoloji inkişaf: Avtomatlaşdırma və digər texnoloji dəyişikliklər bir çox peşə işlərinin xarakterini dəyişdirib. Sənaye sahələri yeni texnologiyaları qəbul etdikcə, işçilərin daim yenilənmiş bacarıqlara sahib olmaları lazım olacaq ki, əmək bazarında rəqabətə davamlı ola bilsinlər.
Fərmanın əsas məqsədləri
Fərman, gələcəyin işçi qüvvəsini hazırlamaq hədəfinə yönəlmiş bir neçə əsas məqsədi əhatə edir:
- Peşə təhsili üçün açıq və aydın yolun yaradılması: Fərman, peşə təhsilinin ənənəvi dördillik universitet diplomları ilə müqayisədə layiqli və nüfuzlu alternativ olduğunu vurğulayır. Burada, peşə təhsilinin daha əlçatan olması, keyfiyyətinin artırılması və yüksək maaşlı peşələrə gedən yol kimi nüfuzun qazandırılması nəzərdə tutulub.
- Şagirdlik/təcrübə proqramlarının genişləndirilməsi: Fərmanın əsas elementlərindən biri şagirdlik/təcrübə imkanlarının sayının kəskin şəkildə artırılmasıdır. Fərman illik 1 milyon yeni təcrübə proqramını hədəfləyir. Şagirdlik/təcrübə proqramları, işçiləri müəyyən peşə üçün hazırlayan və işəgötürənlərə təlim keçmiş işçi qüvvəsini təqdim edən özünü doğrultmuş praktiki metoddur.
- İşçi qüvvəsinin sənayenin tələbləri ilə uyğunlaşdırılması: Əmək, Təhsil və Ticarət Nazirlikləri işçi qüvvəsi proqramlarını inkişaf edən sənaye sahələrinin tələbləri ilə uyğunlaşdırılmasını təmin etməlidir. Bu sənaye sahələrinə digər sahələrlə yanaşı qabaqcıl istehsalat, texnologiya və səhiyyə daxildir. Bunlar növbəti 10 ildə əhəmiyyətli artım göstərəcək sahələrdir.
- İşəgötürənlərlə təhsil institutları arasında əməkdaşlığın gücləndirilməsi: Özəl sektor, peşə məktəbləri və icma/peşə kollecləri arasında daha sıx əməkdaşlığın təşviq edilməsi nəzərdə tutulur. Bununla, təhsil proqramlarında müasir işəgötürənlərin tələb etdiyi bacarıqların əks olunması hədəflənir. Bu yanaşma, işçi qüvvəsinin mövcud bacarıqlari ilə iş yerlərinin tələb etdiyi bacarıqlar arasındakı uyğunsuzluğu/çatışmazlığı üçün mühüm əhəmiyyət kəsb edir.
Fərmanı hazırlayan maraqlı tərəflər
Bu fərman, Ağ Evin iqtisadçıları, siyasətçiləri və əmək mütəxəssislərindən ibarət komanda tərəfindən hazırlanmışdır. Xüsusilə, ABŞ Əmək Nazirliyi, Təhsil Nazirliyi və Ticarət Nazirliyi siyasətin hazırlanmasında yaxından iştirak ediblər.
Fərman, eyni zamanda, peşə hazırlığı və şagirdlik/təcrübə sistemləri ilə məşhurlaşmış Almaniya kimi ölkələrin uğurlu modellərinə istinad edir.
* Peşə hazırlığı = Sahə üzrə bacarıqların öyrədilməsi prosesi
Müəllif: Orxan Məmmədli