17 C
Baku
Monday, October 20, 2025

Trampın adını daşıyan sülh mükafatı təsis edilə bilər

ABŞ Konqresinə ölkə prezidenti Donald Trampın adını daşıyan illik sülh mükafatı haqqında qanun layihəsi təqdim edilib.

Bu təşəbbüs, Respublikaçı Endi Barr tərəfindən irəli sürülüb. Qanun layihəsinə əsasən, bu mükafatı dövlət katibi təqdim etməlidir. Lakin sənədin mətni hələ açıqlanmayıb.

Qeyd edək ki, Nobel Komitəsi 2025-ci ilin Sülh Mükafatını Venesuela müxalifətçisi Maria Corina Machadoya təqdim edib. Ağ Ev nümayəndələri bildiriblər ki, komitənin qərarı sülh məqsədindən çox siyasi motivlərdən qaynaqlanır.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər