22 C
Baku
Friday, May 23, 2025

Trampın Aİ-yə qarşı yeni tariflər təklifindən sonra qızıl 2 faiz bahalaşıb

ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqının (Aİ) mallarına yeni idxal rüsumları barədə açıqlamasından sonra qlobal bazarlarda artan qeyri-müəyyənlik fonunda qızılın qiyməti cümə günü axşam saatlarında bahalaşıb.

Bunu ticarət sövdələşmələrindən görmək olar.

Nyu Yorkun “Comex” birjasında qızılın iyun fyuçerslərinin qiyməti öncəki günün bağlanış qiyməti ilə müqayisədə 65,86 ABŞ dolları və ya 2 % artaraq 1 troy unsiyası üçün 3 360,86 ABŞ dolları olub.

Gümüşün iyul fyuçersləri isə 0,78 % bahalaşaraq 1 unsiya üçün 33,478 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu gün Tramp sosial mediada iyunun 1-dən etibarən Aİ mallarına 50 % həcmində rüsumlar tətbiq etməyi tövsiyə etdiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər