Trampın andiçmə mərasimində iştirak edən milyarderlər o vaxtdan bəri $209 milyard itiriblər.
Bu barədə “Banker.az”ın investisiya bölməsi məlumat verir.
20 yanvar tarixinə olan məlumata görə, İlon Mask, Ceff Bezos və Mark Zukerberq kimi milyarderlər fond bazarındakı artım sayəsində var-dövlət səviyyəsinə görə tarixi maksimuma çatmışdılar.
Lakin o vaxtdan bəri bu milyarderlərdən beşi ümumilikdə 209 milyard dollar itirib və Trampın vəzifəyə başlamasından bəri S&P 500 indeksi 6,4% azalıb.
Bu milyarderlərin sərvətlərinin arxasında duran şirkətlər isə 17 yanvar tarixindən etibarən ümumilikdə 1,39 trilyon dollar bazar dəyərini itirib. Tesla, Amazon, Alphabet, Meta və LVMH ən böyük itki yaşayanlar arasında yer alıb.