ABŞ prezidenti Donald Trampın impiçmenti prosesinə rəhbərlik edən demokrat senator Adam Şiffin Senatdakı çıxışı iki saatdan çox vaxt aparıb.
Onun çıxışını “C-Span” telekanalı yayımlayıb.
“Onun (Trampın) davranış andını və onun konstitusiya borcunu pozur… Birləşmiş Ştatlar prezidentini vəzifəsindən kənar etmək üçün belə təhlükədən başqa vasitə yoxdur. Əgər impiçment və (vəzifədən) kənar etmə onu məsuliyyətə cəlb edə bilməyəsə, onda o qanundan yüksəkdə dayanan həqqiqətdir”, – deyə senator çıxışını belə sözlərlə bitirib.
Şiff vaxtaşırı ittihamçı tərəfin şahidlərinin ifadələrinin videofraqmentlərindən, həmçinin ABŞ prezidentinin özünün bəyanatlarından istifadə edərək Trampa qarşı ittihamların irəli sürülməsi məsələsi tarixini bütün təfərrüatı ilə təkrarlayıb.
O, yeni heç bir fakt ortaya çıxarmayıb. Senator əvvəllər dəfələrlə deyilən məqamları sadalayaraq çıxışını yekunlaşdırıb.
Adam Şiffin çıxışı prosesin ilk hissəsini başlayıb. İttiham edilən tərəfin öz mövqeyini bildirməsi üçün 24 saat vaxtı var.
©Report