18 C
Baku
Saturday, November 2, 2024

Trampın mətbuat konfransından öncə dollar ucuzlaşır

Bugünkü ticarət sessiyasının gedişatında dolların avro və Yaponiya yeninə nisbətən məzənnəsi zəifləyərək çoxillik maksimumlardan uzaqlaşıb. “APA-Economics” xəbər verir ki, bazar iştirakçıları ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sabah baş tutacaq mətbuat konfransını gözləyir.

Bununla yanaşı, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) bu il uçot dərəcəsini 3 dəfə artıracağı ilə bağlı ehtimalların yüksək olması dolların kəskin ucuzlaşmasının qarşısını alır.

Ötən ticarət sessiyasının yekununda 1,0574 dollar səviyyəsində olan avro bu gün 1,0608 dollara yüksəlib.

Dolların yenə nisbətən məzənnəsi 115,62 yen səviyyəsinə enib. Halbuki, ötən ticarət sessiyasında dollar 116,03 yen olub.

ABŞ-ın Boston ştatının Federal Ehtiyat Bankının prezidenti Erik Rozenqren ötən gün FED-dən olan həmkarlarını uçot dərəcəsini tez bir zamanda artırmağı tövsiyə edib. “Biz “ildə bir artım” şablonundan qurtulmalıyıq”, – deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər