12 C
Baku
Saturday, November 23, 2024

Trampın məxfi sənədləri gizlətməkdə ittiham edildiyi məhkəmə iddiası dayandırılıb

ABŞ-nin sabiq prezidenti Donald Trampın Ağ Evdəki səlahiyyət müddətindən sonra Floridadakı Mar-a-Laqo malikanəsində məxfi dövlət sənədlərini saxlamaqda ittiham edildiyi federal məhkəmə işi dayandırılıb.

Prosesə sədrlik edən hakim Aylin Kannon işin dayandırılmasına səbəb kimi ittihamnaməni hazırlayan xüsusi prokuror Cek Smitin təyinatını və maliyyələşməsini göstərib.

Yayımlanan 93 səhifəlik qərarda hakim Kannon bildirib ki, xüsusi prokuror Smitin təyinatı ABŞ Konstitusiyasının Təyinatlar Maddəsini pozduğu üçün onun hazırladığı iddianamə də rədd edilib.

Kannon, həmçinin xüsusi prokuror Smitin ittiham aktı zamanı daimi və qeyri-müəyyən maliyyə vəsaitindən istifadə etməsinin də ABŞ Konstitusiyasının Təxsisatlar Maddəsini pozduğunu vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər