ABŞ prezidenti Donald Trampın mem koininə sərmayə qoyan yüz minlərlə investor təxminən 2 milyard dollar itiriblər, bu barədə “The New York Times” yazır. “Chainalysis” analitika şirkətinin qiymətləndirmələrinə görə, mem koinin istifadə verilməsindən sonra 19 gün ərzində 813 294 kriptocüzdan itki ilə üzləşib.
Bildirilir ki, əsasən mem koinin ilk alıcıları gəlir əldə ediblər – nağd qazancın ümumi məbləği 6.6 milyard dollar təşkil edib, “Chainalysis” qeyd edir.
Seçki kampaniyası zamanı kriptovalyuta sənayesini dəstəklədiyini açıq şəkildə bildirən Tramp yanvarın 18-də özünün kriptovalyutasını ($Trump) təqdim edib. İlk saatlarda onun dəyəri 4000%-dən çox artıb.
Bunun ardınca Trampın həyat yoldaşı Melaniya da öz mem koinini ($Melania) təqdim edib. Tramp və onun həyat yoldaşının öz mem koinlərini təqdim etməsi, ABŞ-nin yeni administrasiyasının rəqəmsal aktiv sektorunu ciddi qəbul edəcəyini gözləyən kriptovalyuta rəhbərləri tərəfindən tənqidlə qarşılanıb.
“Dragonfly Capital”ın baş mütəxəssislərinən biri Rob Hadik hesab edir ki, bu kimi mem koinlərin satışa çıxarılması “problemdir”.