7 C
Baku
Sunday, January 26, 2025

Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır

Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır.

Bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

O bildirib ki, yalnız Ukraynaya kömək etməklə Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olmaz: “Biz neftin qiymətini bir barel üçün 45 dollara endirməliyik”.

Xüsusi nümayəndənin fikrincə, Rusiya neft sənayəsi ilə bağlı daha sərt tədbirlər görülməlidir: “Rusiya neft satışından milyardlarla dollar qazanır. Bəs qiyməti barel üçün 45 dollara endirsək necə olacaq?”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 23-də ölkəsinin neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər