24 C
Baku
Wednesday, August 17, 2022

Trampın prezidentliyi dövründə aldığı ən bahalı hədiyyə açıqlanıb

Xarici ölkələrin liderləri 2019-cu ildə rəsmi danışıqların və səfərlərin gedişatında ABŞ-ın o zamankı prezidenti Donald Trampa və dövlət katibi Maykl Pompeoya şəkillər, heykəltəraşlıq nümunələri, xalçalar və viskilər hədiyyə ediblər.

Bu barədə ABŞ-ın Dövlət Departamentinin Protokol İdarəsinin Federal Reyestrinin elektron bazasında dərc edilmiş materialında deyilir.

Çoxlu hədiyyələr hakimiyyətin yüksək vəzifəli nümayəndələri üçün icazə verilmiş limiti əhəmiyyətli dərəcədə ötür. Hədiyyənin qəbulunun səbəbləri haqqında qrafada qeyd edilir ki, bəxşişlərdən imtina hədiyyə verəni və ABŞ hökumətini xoşagəlməz vəziyyətdə qoyardı. Hədiyyələr saxlanılmaq üçün əsasən Milli Arxivə və ya Ümumi Məsələlər üzrə İdarəyə verilib.

ABŞ-ın o zamankı prezidenti Donald Tramp ən bahalı hədiyyəni Bolqarıstanın baş naziri vəzifəsini icra edən Boyko Borisovdan alıb. Bu, Osmanlı imperiyasının vaxtından qalmış, qiyməti 8,5 min ABŞ dolları olan tüfəngdir.

Bəhreyn öz növbəsində 7,2 min ABŞ dollar dəyərində olan ərəb atının bürünc heykəlini, Vyetnam və Misir Trampın müvafiq olaraq müxtəlif çərçivələrdəki 5 250 və 4 450 dollarlıq portretlərini Birləşmiş Ştatların rəhbərinə təqdim ediblər. Keçmiş birinci xanım Melaniya Tramp Yaponiyanın keçmiş baş nazirinin həyat yoldaşından 2,6 min ABŞ dolları dəyərində inci sırğa alıb.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər