10 C
Baku
Thursday, December 26, 2024

Trampın qələbə xəbəri ardından İran rialının ucuzlaşması daha da sürətlənir

İnvestorlar İran İslam Respublikası ilə ən böyük düşməni İsrail arasındakı hərbi gərginliyin artmasına hazırlıq gördüklərindən İranın rialı tənzimlənməyən bazarda yeni bir rekord aşağı səviyyəyə enib.

Banker.az xəbər verir ki, bazar ertəsindən etibarən ABŞ dolları Tehranlı ticarətçilərin Telegram və Bonbast.com saytında verdikləri qiymət və kursların ortalamasına görə 700 000 riala yaxın səviyyələrdə ticarət olunub. Bu barədə Bloomberg agentliyi yazır. İran valyutası bu il ABŞ dollarına qarşı təxminən 27% dəyər itirib və zəifləmə sentyabrın sonlarından etibarən sürətlənib, çünki İsrail, İranın dəstəklədiyi Hizbullahın Livandakı fəaliyyətinə qarşı hücumlarını artırıb.

Bu gün Respublikaçı namizəd Donald Tramp seçkilərdə qalib gələrək 47-ci dəfə ABŞ-nin prezident seçilməsi xəbərindən sonra isə rialın məzənnəsindəki eniş bir qədər də sürətlənib. Bakı vaxtı ilə 12.46 radələrində teleqram kanallarında dollar-rial məzənnəsi 703 500 rial ( və ya 70 350 tümən) olub. Bu da bir gündə kursun “qara bazarda” 1 faiz ucuzlaşıb.

İranın İqtisadiyyat naziri Abdolnaser Hemmati keçən həftə televiziyada etdiyi bəyanatlarda, “Son hadisələr, inflyasiya gözləntiləri və ölkədə son bir neçə həftə ərzindəki yarım-müharibə vəziyyəti bazarda psixoloji təsir yaradıb” dedi.

4355

Valyutanın dəyəri, ABŞ-ın 2018-ci ildə İran ilə dünya gücləri arasında əldə edilən nüvə sazişindən çıxmasından sonra nəzərəçarpacaq dərəcədə düşüb. Zəifləmə, xüsusilə İran ilə Qərb arasındakı gərginliyin artması ilə sürətlənib, xüsusən də 7 oktyabr 2023-cü il tarixli İranın dəstəklədiyi Hamasın hücumu ilə, bu da İran ilə İsrail arasında “kölgə” müharibəsini açıq şəkildə göstərdi. Hamas və Hizbullah ABŞ və bir çox digər ölkələr tərəfindən terror təşkilatları olaraq qəbul edilir.

Bazar ertəsi İranın Xarici İşlər Nazirliyi, 26 oktyabr tarixində İsrailin İranın hərbi obyektlərinə etdiyi zərbəyə qarşı bütün mövcud vasitələrlə cavab verəcəyini bildirdi. Bu zərbə, İranın həmin ayın əvvəlində etdiyi birbaşa raket hücumunun cavabı idi. Ali Lider Ayətullah Əli Xameneyi şənbə günü deyib ki, onun qüvvələri İsrailə “ölümcül cavab” verəcək.

Tehranda son günlər Tehran Fond Birjası (TSE) ilə bağlı dövlət mətbuatının verdiyi məlumatlara görə, səhmlər düşüb. TSE veb-saytında canlı qiymətlər və indekslər İran xaricində mövcud deyil.

İran və İsrailin bir-birilərinə qarşı etdiyi təhdidlər bazara “müharibə və qarşıdurmaların davam edəcəyini” göstərir, Tehranda fəaliyyət göstərən kapital bazarları analitiki Farzin Ağabozorqi “Etemad” qəzetinə verdiyi açıqlamada belə deyib.

Son xəbərlər
Digər xəbərlər