5 C
Baku
Tuesday, December 24, 2024

Trampın qələbəsi avro-dolları paritet (1 avro=1 dollar) səviyyəyə doğru aparır

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi Avropada aqressiv faiz dərəcəsi endirimləri ehtimalını artırdığı üçün valyuta treyderləri avroya qarşı mövqe açmağa başlayıblar və bu, iqtisadi blokun vahid valyutasını dollara paritet – yəni 1 avro=1 dollar səviyyəsinə yaxınlaşdırır.

Banker.az xəbər verir ki, “ABN Amro Bank NV” və “ING Groep NV” növbəti aylarda bir avronun bir dollar ala biləcəyini proqnozlaşdırır. “Mizuho Financial Group Inc.” və “Deutsche Bank AG” isə avro-dollar cütünün ilin sonuna qədər 1.03 və 1.05 səviyyələrinə düşəcəyini gözləyərək proqnozlarını daha da bərabərlik səviyyəsinə yaxınlaşdırırlar.

Avropa və ABŞ-dakı faiz dərəcələrinin fərqli trayektoriyaları strategiyaların yenidən nəzərdən keçirilməsini zəruri edir. Trampın siyasətləri inflyasiyanı artırmaq və Federal Rezervin faiz dərəcələrini azaltmaq qabiliyyətini məhdudlaşdırmaq kimi qəbul edildiyi halda, onun qlobal ticarət tarifləri vədləri isə Avropanın zəif iqtisadiyyatını daha da çətin vəziyyətə sala bilər ki, bu da Avropa Mərkəzi Bankının daha sərt tədbirlər görməsini tələb edir.

“FED inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırarkən və ya yüksək səviyyədə saxlayarkən, ECB faiz dərəcələrini azaltmağa davam edəcəksə və bu, ehtimal ki, sürətlənəcək, genişlənən faiz divirgensiyası avronun dəyərinə mənfi təsir göstərərək onu paritet səviyyəsinə yaxınlaşdıra bilər,” – “ABN Amro strategisti Georgette Boele” Bloomberg-ə bildirib. O, 2022-ci ildə avronun dollara qarşı paritet səviyyəsinə düşəcəyini düzgün proqnozlaşdıranlardan biridir.

Avro çərşənbə günü on ən güclü valyuta arasında ən çox dəyər itirən oldu və 2.1%-lik enişlə iyun 2016-cı ildən bəri ən böyük azalma yaşadı. Bu arada, daha dərin ECB endirimləri ehtimalına görə Avropa istiqrazları qiymətləndi. Almaniyanın 10 illik əsas istiqrazlarının gəlirliliyi səkkiz baza bəndi azalaraq 2.35%-ə düşdü.

56
ABŞ və Almaniyanın iki illik dövlət istiqrazları arasındakı fərq (R1), Avro-dolların spot məzənnəsi (L1)

“Tramp geri qayıtdı və hər kəs bu anı qorxu ilə gözləyirdi,” – “Lombard Odier”in qlobal baş investisiya direktoru Maykl Strobaek bildirib. “Müqayisəli olaraq bu nəticə Avropa aktivləri üçün yaxşı bir göstərici deyil.”

“Lombard Odier” ECB-nin terminal faiz dərəcəsini 1.5% və ya hətta 1%-dən aşağı, FED-in uçot faiz dərəcəsini isə 3.5% səviyyəsində görür.

Pul bazarları gələn ilin sentyabrına qədər FED tərəfindən bir faiz bəndi və ECB tərəfindən təxminən 1.30 faiz bəndi endirim proqnozlaşdırır. Bu, çərşənbə axşamı ilə müqayisədə genişlənmə göstərir, həmin vaxt proqnoz müvafiq olaraq 1.1 və 1.16 faiz bəndi idi.

ABŞ seçkilərinə yaxın, opsion bazarlarında avro-dollar bərabərliyi ilə bağlı mərc tendensiyaları artmağa başlamışdı. Yenə də, birin birə nisbətində səviyyənin daha mümkün görünməsinə baxmayaraq, ING-ə görə bu səviyyə dərhal reallaşmaya bilər.

“Faiz fərqləri avroya qarşı genişlənir və proteksionizm, həmçinin potensial geosiyasi risklər üçün yeni bir risk mükafatı əlavə edilməli olacaq,” – “ING”nin valyuta strategiyası rəhbəri Kris Turner bildirib.

“Gələcək həftələrdə 1.05 dollar dərhal hədəf kimi görünür, lakin paritet səviyyəsinə doğru hərəkət proteksionist dalğanın tam gücünü göstərməyə başladığı 2025-ci ilə qədər gözləyə bilər.”

Son xəbərlər
Digər xəbərlər