Trampın reytinqi 35%-ə düşüb

“Reuters” və “Ipsos” sorğusuna görə, ABŞ prezidenti Donald Trampın amerikalılar arasında etimad reytinqi 35%-ə düşərək yeni minimum səviyyəyə çatıb.

Sorğuya görə, respondentlərin 35%-i Trampın prezident kimi fəaliyyətini bəyənir. Bu, bu ayın əvvəlində keçirilən oxşar sorğu ilə müqayisədə bir faiz bəndi azalma deməkdir.

Bununla yanaşı, Respublikaçılar Partiyasının tərəfdarları arasında Trampa qarşı narazılıq səviyyəsi 21%-ə yüksəlib. Prezidentin 2025-ci ilin yanvarında vəzifəyə başlamasından sonra bu göstərici 5% idi. Eyni zamanda, respublikaçıların 79%-i Trampın işinin öhdəsindən effektiv şəkildə gəldiyini düşünür.

Sorğu mayın 15-dən 18-dək onlayn formatda keçirilib. Tədqiqatda ABŞ-nin 1271 yetkin sakini iştirak edib.

4 mayda “The Washington Post” qəzeti “ABC News” və “Ipsos” ilə birgə aparılan araşdırmaya istinadən bildirib ki, Trampın fəaliyyətini bəyənməyən amerikalıların payı 62%-ə çatıb. Nəşr qeyd edib ki, bu rəqəm siyasətçinin hər iki prezidentlik dövründə ən yüksək göstəricidir.

Mayın 3-də “The Wall Street Journal” qəzeti Tramp administrasiyasının İranla bağlı münaqişənin ciddi nəticələri ilə üzləşdiyini bildirib. Nəşrin qiymətləndirməsinə görə, vəziyyət böyük xərclər tələb edir, cəmiyyətdə birmənalı qarşılanmır və onun başa çatdırılması ilə bağlı aydın strategiya yoxdur.

Oxşar xəbərlər

Azərbaycanda avtobus və taksi ilə gedənlərin sayı metronu üstələdi

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşınmasında artım qeydə alınıb. Banker.az DSK-ya istinadən xəbər verir ki, metro, avtobus və taksi xidmətlərindən istifadə edənlərin...

VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı

®VTB (Azərbaycan) bütün müddətlər üzrə manatla olan əmanətlərin faizlərini artırıb. Maksimal gəlirlik “Sərfəli” depoziti üzrə 11,75% müəyyən edilib. Bundan əlavə, bank “Avans” əmanət üzrə gəlirliliyi...

Mikayıl Cabbarov: Kölgə iqtisadiyyatının leqallaşdırılması sosial mənzil üçün əlavə maliyyə mənbəyi yaradıb

Azərbaycanda qeyri-rəsmi məşğulluğun leqallaşdırılması sosial müdafiə sisteminin genişlənməsinə və mənzil problemlərinin həlli üçün əlavə maliyyə mənbəyinin formalaşmasına imkan verib. Banker.az xəbər verir ki, bunu Azərbaycanın...

AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!

®AFB Bank müştərilərinin gündəlik maliyyə əməliyyatlarını daha rahat və əlçatan etmək məqsədilə mobil tətbiqində yeni funksionallıq təqdim edir. Artıq istifadəçilər Mono Digital kartını –...

Saray qəsəbəsində yeni yaşayış kompleksi salınır: MİDA 6 milyon manat ayırır

Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Saray qəsəbəsində 4.5 hektar ərazidə inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün infrastruktur işlərinin satın alınması...