ABŞ Prezidenti Donald Trampın reytinqi 36 faizdən 41-ə yüksəlib.
Bu nəticəni “Reuters” və “Ipsos” şirkətinin keçirdiyi sorğu üzə çıxarıb.
Yeni sorğuya görə, Trampın fəaliyyətini respondentlərin 41 faizi bəyənir. Onun Respublikaçılar Partiyasından olan tərəfdarları arasında bu göstərici 85 faiz təşkil edir.
Sorğu dekabrın 8-nə dək altı gün ərzində onlayn şəkildə ABŞ-nin 4 434 yetkinlik yaşına çatmış sakini arasında keçirilib.
Noyabrın sonunda “Gallup” şirkətinin sorğu zamanı Trampın reytinqi Ağ Evdəki ikinci müddəti üzrə anti-rekord yeniləmişdi – amerikalıların cəmi 36 faizi onu dəstəkləyib.






