18 C
Baku
Wednesday, November 19, 2025

Trampın reytinqi Epşteyn işi və ABŞ-də yüksək qiymətlər fonunda düşüb

ABŞ prezidenti Donald Trampın amerikalılar arasındakı fəaliyyətinə dair dəstək reytinqi 38%-ə düşüb — bu, onun ikinci inauqurasiyasından bəri ən aşağı göstəricidir. Bu barədə “Ipsos” şirkəti və “Reuters” agentliyinin sorğusunun nəticələri göstərir.

Göstərici noyabr ayının əvvəlində keçirilmiş “Reuters/Ipsos” sorğusu ilə müqayisədə iki faiz bəndi azalıb. Respondentlər Trampın maliyyəçi və məhkum edilmiş Cefri Epşteynin cinayət işi üzrə materialların dərcinə mane olmağa çalışmasından narazılıq bildiriblər.

Eyni zamanda, bir çox amerikalının fikrincə, prezident administrasiyası tarixi dərəcədə yüksək inflyasiyanın öhdəsindən gələ bilmir: respondentlərin təxminən 65%-i, o cümlədən Respublikaçılar Partiyasının hər üç tərəfdarından biri bu fikirlə razıdır.

Sorğuda 1017 yetkin amerikalı iştirak edib. Səhv payı təxminən 3 faiz bəndi təşkil edib. Prezidentlik müddətinin əvvəlində Donald Trampın dəstək reytinqi 47% olub. Co Bayden isə öz prezidentlik müddətini 38% göstərici ilə başa vurub.

Son xəbərlər
Digər xəbərlər