Donald Trampın reytinqi ikinci prezidentlik müddətinin başlanmasından bəri rekord səviyyəyə enib. “Ipsos” sorğusu göstərir ki, amerikalılar cənab Trampın səlahiyyətlərini genişləndirmək səylərindən ehtiyatlanırlar. Sorğu aprelin 21-də başa çatıb.
Sorğuda iştirak edən respondentlərin təxminən 42%-i Donald Trampın prezident kimi fəaliyyətini bəyənib. “Reuters”in aydınlaşdırdığı kimi, cənab Trampın reytinqi onun demokrat sələfi Co Baydenin əksər prezidentlik dövrünün reytinqlərindən yüksək olaraq qalır. Lakin sorğunun nəticələri göstərir ki, amerikalılar Donald Trampın “həddən artıq liberal” gördüyü universitetlərə münasibətindən narazıdırlar.
4306 respondentin 83%-i bildirib ki, ABŞ prezidenti istəməsə belə federal məhkəmənin qərarlarına tabe olmalıdır. Respondentlərin dörddə üçü Donald Trampın üçüncü müddətə namizədliyini irəli sürməməsi lazım olduğunu bildirib.