ABŞ prezidenti Donald Trampın reytinqi rekord 39%-ə düşüb, “The Washington Post” və “ABC News” yazır. Respondentlərin 55%-i Donald Trampın prezident kimi fəaliyyətini bəyənmir. Sorğuda iştirak edənlərin 67%-i onun son birja böhranı zamanı fəaliyyətindən narazı qalıb. Eyni zamanda, amerikalıların 64%-i xarici mallara rüsumların tətbiqini dəstəkləmir.
Respondentlərin 61%-i ABŞ-ın digər ölkələrlə münasibətlərdəki siyasətindən narazı olduğunu bildirib. Respondentlərin 72%-i cənab Trampın hərəkətlərinin yaxın gələcəkdə resessiyaya səbəb olacağına inanır.
Fevralda amerikalıların 45%-i dövlət başçısını dəstəkləyib, analoji sorğuda iştirak edənlərin 53%-i isə onun fəaliyyətini bəyənməyib. Donald Trampın prezident kimi ilk müddətində onun vəzifədə olduğu ilk 100 gündən sonra bəyənmə reytinqi 42% olub. Tədqiqat aprelin 18-dən 22-dək aparılıb. Tədqiqatda 2400-ə yaxın amerikalı iştirak edib.