16 C
Baku
Wednesday, October 22, 2025

Trampın reytinqi şatdauna baxmayaraq artıb

ABŞ prezidenti Donald Trampın reytinqi hökumətin fəaliyyətinin dayandırılmasına (şatdauna) baxmayaraq artıb. Bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin son altı gün ərzində keçirdiyi sorğuya əsasən, Trampa etimad səviyyəsi iki bənd artaraq 42%-ə çatıb. Qeyd olunur ki, prezidentin reytinqi apreldən bəri 40–44% intervalında dəyişir.

Sorğuda iştirak edənlərin 50%-i hesab edir ki, şatdauna görə əsas məsuliyyət respublikaçı partiyadan olan Konqres rəhbərliyinin üzərindədir. 43% isə günahı demokratlarda görür.

ABŞ-da şatdaun oktyabrın 1-də başlayıb — bu, ölkə hökumətinin fəaliyyətinin 2019-cu ildən bəri ilk dayandırılmasıdır. Hadisə Konqresin partiyalararası fikir ayrılıqları səbəbindən illik büdcəni və müvəqqəti maliyyələşdirməni təsdiqləyə bilməməsindən sonra baş verib.

Donald Tramp açıqlayıb ki, şatdaun nəticəsində ABŞ-da artıq dövlət qulluqçularının ixtisarı başlayıb və bu vəziyyətə görə məsuliyyət demokrat partiyasının siyasi rəqiblərinin üzərinə düşür.

Son xəbərlər
Digər xəbərlər