ABŞ-ın ən azı 16 ştatında Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün Respublikaçılar Partiyasının praymerizində iştirakına qadağa qoyulmasını tələb edən iddialar qaldırılıb. Xatırladaq ki, Koloradoda məhkəmə daha əvvəl 45-ci prezidentin praymerizdə iştirakını qadağan etmişdi.
İddialar Miçiqan, Oreqon, Nyu-Cersi, Viskonsin, Alyaska, Arizona, Nevada, Nyu-York və digər ştatlarda qaldırılıb. Arizona və Miçiqan ştatlarında birinci instansiya məhkəmələri iddiaları rədd edib.
45-ci prezidentə 14-cü düzəlişlə Koloradoda ilkin seçkilərdə iştirak etmək qadağan edilib. Qərar ştatın Ali Məhkəməsi tərəfindən qəbul edilib. Qərar qüvvəyə minərsə, cənab Tramp Kolorado bülletenində təmsil olunmayacaq.







