25 C
Baku
Thursday, July 10, 2025

Trampın tarifləri dünyanın ən böyük şirkətlərinə $34 milyard ziyan vurub

ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsi dünyanın ən böyük şirkətlərinə 34 milyard dollar ziyan vurub, bu barədə “Reuters” yazıb. Agentlik yazır ki, respublikaçıların elan etdiyi tariflərlə bağlı qeyri-müəyyənlik davam etdikcə bu rəqəm arta bilər.

“Reuters” S&P 500, STOXX 600 və Nikkei 225 indekslərindəki şirkətlərin məlumatlarını nəzərdən keçirib. Onlardan ən azı 42-si mənfəət proqnozlarını azaldıb, 16-sı isə geri götürüb. Əksəriyyət Trampın ticarət siyasətinin “gözlənilməz təbiəti” səbəbindən dəqiq təxminlər vermənin mümkün olmadığını bildirib.

Xatırladaq ki, aprelin 2-də Tramp Amerika iqtisadiyyatı üçün “qurtuluş günü” elan edib və ABŞ-nin ən yaxın tərəfdaşları da daxil olmaqla 180-dən çox ölkədən gələn məhsullara qarşılıqlı tariflər tətbiq edib.

Daha sonra o, bir sıra ölkələrə münasibətdə tarifləri 90 gün müddətinə təxirə salıb. Bu, vəziyyəti bir qədər yaxşılaşdırıb. Lakin ertəsi gün apellyasiya məhkəməsi tarifləri müvəqqəti bərpa edib.

Uoll-Strit analitikləri S&P 500 şirkətlərinin xalis gəlirinin 2025-ci ilin ikinci-dördüncü rübündə orta hesabla 5,1% artacağını gözləyirlər. Bir il əvvəl bu rəqəm 11,7% olub. Ən çox avtomobil istehsalçıları, aviaşirkətlər və istehlak mallarının idxalçıları zərbə alacaq.

Son xəbərlər
Digər xəbərlər