Prezident Donald Trampın ticarət müharibəsi nəticəsində ABŞ dolları bazarın qaliblərindən biri ola bilər.
Banker.az xəbər verir ki, bu barədə ABŞ bankı “Wells Fargo & Co.”nun valyuta strateqləri bildirirş
Onun tarifləri artırmaq planının mümkün nəticələri qlobal maliyyə bazarlarında qeyri-sabitlik yaradıb və bu, ilin əvvəlindən etibarən inflyasiyanın yenidən alovlanması və ABŞ iqtisadiyyatının tənəzzülə uğraması ilə bağlı narahatlıqlar fonunda dolların səhm bazarları ilə birlikdə dəyər itirməsinə səbəb olub.
Lakin “Wells Fargo” strateqləri, o cümlədən Arupp Çatterci, bazarda dolların ucuzlaşmasının müvəqqəti olacağını düşünür. Bazar ertəsi müştərilər üçün hazırladıqları qeyddə bildiriblər ki, ABŞ-ın tarifləri nə qədər artıracağından və digər ölkələrin buna necə cavab verəcəyindən asılı olaraq, dolların 1.5%-dən 11%-ə qədər bahalaşması mümkündür.
Əsas səbəb odur ki, ABŞ-ın tətbiq etdiyi tariflər xarici mallara olan tələbi azaldacaq və bu da xarici valyutaların dəyərini aşağı salacaq. Bundan əlavə, inflyasiya təzyiqləri Federal Ehtiyat Sistemini faiz dərəcələrini yüksək saxlamağa vadar edə bilər. “Wells Fargo”nun proqnozlarına görə, dolların ən böyük qazancı digər ölkələrin ABŞ-ın addımlarına cavab verməməsi halında baş verəcək, əgər onlar cavab tədbirləri görsələr, dolların yüksəlişi daha məhdud olacaq.
“Rəqabət qabiliyyəti məsələləri və monetar siyasət gözləntilərinin dolları gücləndirməsi tariflər fonunda dolların möhkəmlənməsinə səbəb olur”- deyə, Çatterci müsahibəsində bildirib.
Bu proqnoz, ilin ilk üç ayında Trampın siyasətinin ABŞ iqtisadiyyatına mənfi təsir göstərə biləcəyinə dair narahatlıqlar fonunda dolların əsas valyutalar qarşısında dəyər itirməsindən sonra verilib. Bazar ertəsi, investorlar Trampın çərşənbə günü növbəti tarif qərarını gözlədikləri üçün qlobal bazarlar növbəti dalğalanmalarla üzləşib.
“Qlobal bazarlar bu siyasət qeyri-müəyyənliyinin və real tarif artımlarının təsirlərini yetərincə nəzərə almır”, – deyə, Çatterci bildirib. “Biz bazarın hazırkı mövqeləri ilə razılaşmadığımız nöqtə də məhz budur”.