8 C
Baku
Friday, December 13, 2024

Trampın Türkiyə iqtisadiyyatını məhv etmək təhdidindən sonra lirənin məzənnəsi düşdü

ABŞ prezidenti Donald Trampın Türkiyə iqtisadiyyatını məhv etmək təhdidindən sonra lirənin məzənnəsi düşüb. 

Banker.az xəbər verir ki, “MarketWatch” saytının verdiyi məlumata görə, düşmə 2,31% təşkil edib.

Beləliklə, hal-hazırda lirənin qiyməti 5,83 təşkil edir.

Qeyd edək ki, daha əvvəl prezident Türkiyə iqtisadiyyatını məhv edəcəyini söyləmişdir.

“Əgər Ankara öz həddini aşsa, Türkiyə iqtisadiyyatını məhv edəcəyəm”, – Tramp öz “Twitter” səhifəsində yazıb.

Amerika liderinin açıqlaması, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın Suriyanın şimal-şərqində təhlükəsizlik zonasını yaratmaq məqsədilə əməliyyata müstəqil şəkildə başlamağa hazır olduğunu bildirməsindən sonra səsləndirilib.

 

Son xəbərlər
Digər xəbərlər