25 C
Baku
Saturday, July 27, 2024

Trampın veb-saytı həmişəlik bağlanıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın veb-saytı həmişəlik bağlanıb. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Bildirildiyi kimi, söhbət siyasətçinin vəzifəsindən getdikdən və sosial şəbəkələrdə bloklandıqdan sonra açdığı “From the Desk for Donald J. Trump” platformasından gedir.

Trampın baş köməkçisi Ceyson Millerin sözlərinə görə, sayt həmişəlik bağlanıb və internet şəbəkəsindən tamamilə silinib. “Bu, gördüyümüz səylərin köməkçi vasitələrdən biri idi”, – deyə Ceyson qeyd edib. Daha sonra o, bunun Donald Trampın başqa bir platformaya keçməsi ilə əlaqəli ola biləcəyini təsdiq edib. “Bəli, bu doğurdan da belədir. Yenilikləri izləyin!”, – deyə köməkçi sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Trampın sosial media hesabları yanvar ayından bəri bloklanıb. Bununla da, ABŞ-ın keçmiş prezidentinin populyarlığı 95% azalıb və 2016-cı ildən bəri minimum səviyyəyə düşüb.

Son xəbərlər
Digər xəbərlər