16 C
Baku
Thursday, March 28, 2024

Trampın vergi islahatı paketi birmənalı qarşılanmayıb

ABŞ-da Tramp hökuməti dünən, aprelin 26-da vergi islahatları barədə açıqlamalar verib. Bloomberg” agentliyi xəbər verir ki, islahatlarla bağlı açıqlamaları prezidentin iqtisadiyyat üzrə baş məsləhətçisi Qari Kon (Gary Cohn) və ABŞ-ın xəzinədarlıq naziri Stiven Mnuçin (Steven Mnuchin) veriblər.

Analitiklərin fikrincə, vergi islahatları əsasən iri şirkətlərə, yüksək maaş alan işçilərə, zəngin vərəsələrə və riteylerlərə (pərakəndə ticarət) müsbət təsir edəcək. Qeyd edək ki, vergi islahatlarında bəzi suallar cavabını tapmayıb. Bu, xaricdə yerləşən ABŞ şirkətlərinin investisiyaları ölkəyə geri qaytarıldıqda onlardan tutulacaq verginin miqdarı və gəlir vergisi pillələrinin müəyyən edilməsi ilə bağlıdır. Mnuçin və Kon həmçinin vergi islahatlarının büdcəyə təsiri və Tramp ailəsinin biznesinə xeyri ilə bağlı sualların cavablandırılmasından qaçıblar.

“Report” xəbər verir ki, qanunun təsdiqlənməsi üçün ABŞ Nümayəndələr Palatası və Senatdan keçməsi lazımdır. Demokratların layihəyə qarşı çıxması ehtimal olunur. Respublikaçıların isə necə qərar verəcəyi sual altındadır. Vergi islahatlarındakı maddələrin əsasən Trampın seçki öncəsi vədləri ilə üst-üstə düşdüyü bildirilir.

Açıqlamalardan sonra ABŞ fond birjalarında bir qədər geriləmə qeydə alınıb. “Dow-Jones” indeksi dünən 0,1% azalma göstərib. Dolların məzənnəsi isə bir qədər möhkəmlənib.

Son xəbərlər
Digər xəbərlər