ABŞ Prezidenti Donald Trampın şəxsi iqamətgahı olan Mar-a-Laqonun yanında yerləşən tikintisi başa çatmamış malikanə 45 milyon dollara satılıb.
Amerika lideri ilə qonşu olmağın qiymətini Mansion Global nəşri açıqlayıb.
Mülk Saut Ouşen bulvarında, “qış ağ evi” adlanan mühafizə zonasında, təhlükəsizliyi artırılmış ərazidə yerləşir. Rieltorların məlumatına görə, evin tikintisi 2025-ci ilin payızında başa çatmalıdır. Qonşuluqda ABŞ prezidentinin böyük bacısı Elizabet Tramp Qraunun evi yerləşir və qarşı tərəfdəki iki bina Donald Trampın ailəsinə məxsusdur.
ABŞ liderinin gələcək qonşusu 1200 kvadratmetr sahəsi və 0,17 hektar bitişik sahəsi olan malikanəyə sahib olacaq. Evdə altı yataq otağı, qarderob otağı, bar, şəxsi terras, trenajor zalı, şərab anbarı və yoqa studiyası olacaq. Həmçinin malikanədə manqal sahəsi olan hovuz da nəzərdə tutulur.