8 C
Baku
Thursday, December 12, 2024

“Transneft” və SOCAR razılaşma imzalayıb

“Transneft” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ildə Bakı-Novorossiysk boru kəməri ilə 1 milyon tondan çox neftin nəqlinə dair razılaşma imzalayıblar.

Bunu Rusiya şirkəti prezidentinin müşaviri, mətbuat katibi İqor Demin “İnterfaks”-a bildirib.

Onun sözlərinə görə, fevral ayında 85 min ton həcmində Azərbaycan neftinin bu marşrutla nəqli planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 1997-ci ildən etibarən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir. 2020-ci ildə SOCAR bu istiqamətdə ixracatı 30% azaldaraq 613 min tona endirib.

2021-ci ilin birinci rübündə adıçəkilən boru kəmərilə 340 min ton Azərbaycan neftinin ixracı planlaşdırılır. Lakin yanvar ayında bu istiqamətdə xammal nəqli hələ ki, həyata keçirilməyib.

“Bakı-Novorossiysk SOCAR tərəfindən neft ixracı üçün köməkçi bir istiqamət kimi istifadə edilir. 2021-ci ilin yanvarında bu kəmərdən istifadə edilməməsi qərarı, bazar konyunkturası da daxil olmaqla, bir sıra səbəblərə görə verilib. Lakin bu yenilik deyil. Biz əvvəllər də bir müddət sözügedən istiqamətdə xammal nəqlini dayandırıb, sonradan ixracı bərpa etmişik”, -deyə SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Son xəbərlər
Digər xəbərlər