8 C
Baku
Friday, March 29, 2024

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşınan yüklərin həcmi artıb

“Son illər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta dəhliz”) üzrə daşınan yüklərin həcmi artıb”.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Çinin nəqliyyat naziri Li Siaopan ilə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, təkcə 2018-ci ildə bu dəhlizlə 1 332 TEU tipli yük konteyneri daşınıb.

Nazir deyib ki, 2019-cu ilin ilk doqquz ayı ərzində “Orta dəhliz”lə 1 215 TEU tipli yük konteyneri daşınıb ki, bu da illik müqayisədə 25,5% çoxdur.

N.Turnava Gürcüstan hökumətinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə daşınmaların həcminin gələcəkdə daha da artırılmasında maraqlı olduğunu qeyd edib.

©Report

Son xəbərlər
Digər xəbərlər