26 C
Baku
Thursday, May 30, 2024

Transxəzər marşrutu üzrə Aktau limanı vasitəsilə daşımaların həcmi 66% artıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Aktau limanı vasitəsilə daşınan yüklərin həcmi bu ilin yanvar-oktyabr aylarında 66 % artıb.

Bu barədə “Qazaxıstan Temir Yol” şirkətinin Mətbuat Xidməti məlumat yayıb.

“2022-ci ilin ilk 10 ayı ərzində Aktau dəniz limanı vasitəsilə 3.2 milyon ton yük daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Bu həcmin 1.9 milyon tondan çoxu (+7%) neft, 385 min tonu taxıl olub. Konteyner yüklərin yükboşaltma həcmi 17% artıb. TBNM marşrutu üzrə Aktau limanı vasitəsilə daşımaların həcmi ötən illə müqayisədə 66% artıb”, – məlumatda deyilir.

Qeyd edək, Aktau dəniz limanı Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər