Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) ötürücülük qabiliyyətini 2025-ci ilə qədər ildə 10 milyon tona çatdırmağı planlaşdırır.
Bu barədə qərar xarici işlər və nəqliyyat nazirlərinin Aktauda keçirilən ikinci üçtərəfli görüşünün yekunları üzrə qəbul edilib.
“Bu ilin 10 ayı ərzində TBNM vasitəsilə Aktau və Kurık dəniz limanları vasitəsilə, təxminən, 1.5 milyon ton yük daşınıb. Bu da ötən illə müqayisədə 2 dəfə çoxdur”, – Qazaxıstanın sənaye və infrastruktur inkişaf naziri Kairbek Uskenbayev vurğulayıb.
Tərəflər “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illər üçün “Yol Xəritəsi”ni imzalayıblar.