7 C
Baku
Sunday, December 15, 2024

Transxəzər marşrutu üzrə TIR daşımaları üçün elektron proqram hazırlanıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə TIR daşımalarında rəqəmsallaşmanın genişləndirilməsi üzrə iş aparılır.

Bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) TIR üzrə katibi Konstantinos Alexopoulos Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə çıxışı zamanı bildirib.

“Azərbaycan, Gürcüstan və Özbəkistan TIR daşımaları üzrə elektron bağlantını təmin edib, Türkiyədə isə bu elektron bağlantının bu ilin iyun ayında tamamlanması gözlənilir. Dəhliz boyunca idxal-ixrac əməliyyatlarının asanlaşdırılması üçün elektron sistem yaradılıb. E-TIR elektron tətbiq proqramı bu ilin iyul ayında istifadəyə veriləcək. Bu sistem əvvəlcə İsveçrənin Cenevrə şəhərində sınaqdan keçiriləcək, daha sonra dəhliz ölkələrinin istifadəsinə veriləcək. Proqram Ümumdünya Gömrük Təşkilatının standartlarına əsaslanır”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər