20 C
Baku
Saturday, September 21, 2024

Trello – özünüzün və komandanızın işini idarə edin

İnternet əsri inkişaf etdikcə vaxtın və işin idarə olunması qaçılmaz hala çevrilir. Hazırda çoxlarımızın yaralı yerlərindən biri, lazım olanda işimizi vaxtında görməmək –vaxt yarananda isə hansı işdən birinci başlamaq problemidir. Bu problemin aradan qaldırılması üçün internet məkanında çoxlu saytda proqram təminatları vardır. Bu günləri onlardan yalnız biri haqqında danışmağa qərara gəlmişik. Düşünürük məhz bu xidmət banker.az istifadəçilərinə həm rahat həmdə faydalı olacaq.

Trello nədir?

Trello vaxtın və proyektlərin idarə olunması üçün proqram təminatıdır. Proqramın hər işçi bölməsi 3 hissədən ibarətdir: a) Görüləcək işlər b) Artıq başlanmış işlər c) Görülüb qurtarmış işlər.

Proqramın çoxlu saytda üstünlükləri mövcuddur , onların hərəsi barədə bir neçə kəlmə:

– Proqram bir neçə iş masasından ibarətdir . Yəni siz həm iş, həm şəxsi həmdə digər işlər üçün ayrıca lövhə yaradıb işləri onlara təhkim edə bilərsiniz. Bu bir neçə işin tapşırıqlarını bir birinə qarışmaq riskini azaldır. İstədiyiniz vaxt bir lövhədən digər lövhəyə rahatlıqla keçə bilərsiniz. İstədiyiniz sayda iş masası yarada bilərsiniz.

– Yaratdığınız işə insanları təhkim edə bilirsiniz , hər bir işin bitmə tarixin göstərə bilirsiniz. Fərz edinki siz yaratdığınız işi kimlərəsə tapşırmaq istəyirsiniz, bunu Trelloda çox rahatlıqla realizasiya edə bilərsiniz. Bundan əlavə həmən işin bitmə tarixinidə gösətərə bilərisniz və İşin bitmə tarixi yaxınlaşdıqca sizə və iş təhkim olunmuş insanlara elektron məktub gələcək.

– Rahat dizayn. Xidmətin dizaynı çox rahatdır . İşlərin yaradılması , onlara insanların təhkim edilməsi, işlərin bir mərhələdən o birinə “sürüşdürülüb” köçürülməsi çox asan və rahatdır.

– Xidmətdə olan istifadəçilərin aktiv olub olmaması xüsusi rənglər vasitəsi ilə göstərilir.

– Hər bir iş üzrə qeydlər. Hər bir işçi və hətta siz istədiyiniz sayta qeyd yarada bilərsiniz (işin içində bunlar hamısı görsənir). Hər bir qeyd onu qoyanın adından görsənir.

Trello xidmətinin görünüşü aşağıdakı şəkildəki kimidr.

Qeyd: Xidmətdən aşağıdakı linkdən faydalanmaq olar. https://trello.com/

Eləcədə aşağıdakı video çarx ilə tanış olmağıda tövsiyyə edirik:

snimok12

http://www.youtube.com/watch?v=aaDf1RqeLfo&width=900&height=500

Son xəbərlər
Digər xəbərlər