7 C
Baku
Friday, November 8, 2024

Trend dəyişir. Azərbaycandan Gürcüstana pul köçürmələri düşür, daxil olan isə artır

Azərbaycan və Gürcüstanın fiziki şəxsləri arasındakı pul baratları üzrə defisit azalmaqdadır və qonşu ölkədə pul transferləri artmaqdadır.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü illin ilk yarısında Azərbaycandakı fiziki şəxslərə pul köçürmələri illik 14 faiz artımla 17.39 mln. dollar olub. Belə ki, keçən il bu göstərici cəmi 15.25 mln. dollar olmuşdu.

Azərbaycandan Gürcüstana pul köçürmələri isə illik 3% azalaraq 25.13 mln. dollara düşüb. 2023-cü ilin ilk yarısında Gürcüstana ölkəmizdən 25.95 mln. dollar pul köçürülmüşdü.

Beləliklə, pul baratlarının çıxış və giriş arasındakı fərq mənfi 7.7 mln. dollar saldoya düşüb. Məsələn, bu, keçən ilin eyni dövründə 10.7 mln. dollar, ondan öncəki il isə 18.1 mln. dollar təşkil etmişdi.

943093909534

Gürcüstan milli valyutası son illərdə Rusiya-Ukrayna müharibəsi fonunda ölkəyə güclü valyuta və eləcə də investisiya axını fonunda ABŞ dollarına qarşı güclənmə təzyiqi ilə üzləşib. Dünyada müharibə səbəbindən bütün investorlar ABŞ valyutasını ehtiyat sığınacağı kimi seçməsi fonunda “greenback” ləqəbli dollar bahalaşmışdı. Bununla belə, lari ABŞ dollarına qarşı möhkəmlənməyi davam etdirib.

Son xəbərlər
Digər xəbərlər