Türkiyənin ən böyük onlayn alış-veriş platformalarından biri olan Trendyol rəqabəti pozduğu üçün cərimələnib.
Banker.az bu barədə türk mətbuatına istinadən xəbər verir.
TRENDYOL-un alqoritmə müdaxilə edərək və bazarda satış həyata keçirən üçüncü tərəf satıcılarının məlumatlarından istifadə edərək öz pərakəndə satış fəaliyyətinə haqsız olaraq üstünlük verdiyi, bu hərəkətlərin rəqiblərinin fəaliyyətini çətinləşdirdiyi və 6-cı maddəni pozduğu qərara alınıb.
Müvafiq olaraq, DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret AŞ-yə (Trendyol) 61.342.847.73-TL inzibati cərimə tətbiq edilməsinə qərar verilib.