“Trendyol Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldır.
Banker.az xəbər verir ki, nizamnamə kapitalının 200 manat məbləğində azaldıldığını elan edir.
Şirkətin nizamnamə kapitalı buna qədər 168.19 milyon manat təşkil edirdi.
Xatırladaq ki, “Trendyol Azərbaycan” 2023-cü ilin avqustundan dövlət qeydiyyatına alınıb. Ölkə bazarına girməmiş ana şirkət sayılan “Trendyol” “PASHA Holding” ilə birgə açıqlama yayaraq şərik müəssisə quraraq ölkədə e-ticarət xidmətləri göstərəcəyini bildirmişdilər. Şirkətin direktoru İrem Çağlı Yılandildir.






