Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan Trendyol, PAŞA Holdinq ilə Azərbaycan bazarında işləmək üçün tərəfdaşlıq müqaviləsi imzalayıb.
Banker.az-ın məlumatına görə, elektron ticarət sahəsində fəaliyyət göstərən Trendyol Azərbaycan bazarına daxil olur.
Trendyol və PAŞA Holdinq arasında imzalanan müqavilə ilə Azərbaycan bazarında elektron ticarət sektorunda fəaliyyət göstərəcək müştərək şirkət yaradılacaq.
TEKNOFEST-də keçirilən imzalanma mərasimi Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın iştirakı ilə keçirilib.