Trendyol şirkəti 1.5 milyard dollarlıq yeni sərmayə cəlb edib. Yeni sərmayə ilə şirkətin dəyəri 16.5 milyard dollara çatıb.
Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, Amerikanın sərmayə fondu “General Atlantic”, dünyanın ən böyük texnologiya şirkətlərinə sərmayə qoyan Yaponiya qurumu “SoftBank Vision Fund 2″nin də sərmayə qoyduğu şirkətlərə Almaniyanın “Princeville Capital” şirkəti, ADQ (Birləşmiş Ərəb Əmirlikləri) və Qatar Sərmayə Agentliyi (QIA) də qatılıb.
Beləliklə Trendyol, 10 milyard dollar dəyəri aşan ilk Türkiyə texnologiya şirkəti olub.
Qeyd edək ki, Trendyolun əsas sərmayəçisi Alibaba da bu ilin əvvəlində şirkətə 350 milyon dollar əlavə sərmayə yatırmışdı.