22 C
Baku
Monday, October 7, 2024

“Trendyol”un kuryerləri İstanbulda işi dayandırıblar

TrendyolGO-nun kuryerləri İstanbuldakı işlərini dayandırıblar.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Şirkət tərəfindən açıqlanan maaş artımına, qeyri-sağlam iş şəraitinə və uzun iş saatlarına etiraz edən kuryerlər İstanbulun müxtəlif yerlərindən yola düşərək şirkətin Alibeyköydəki ofisinə gediblər. Kuryerlər  benzinin qiymətində və minimum əməkhaqqındakı artıma uyğun maaş artımı tələb edirlər. Bir çox kuryerin dediyinə görə, onlar gündə 12 saat işləyirlər.

12 saat dayanmadan orta hesabla 2500 kilometrdən çox yol qət edən kuryerin həftəlik qazancı şirkətin açıqladığı rəqəmlərə görə 410 AZN-dir (4530 TL). Beləliklə, kuryerlərin aylıq qazancı 1640 AZN-dir (18 min 120 TL), lakin kuryerlər mühərrik baxımı, benzin, dizel və bütün digər xərclərini özləri qarşılayırlar. Bunları nəzərə alanda ​​maaşları minimum əmək haqqı səviyyəsinə düşür.

“Trendyol” tətbiqinə səhv adresləri düzəldən düymənin əlavə edilməsini də tələb edən kuryerlər, onlar üçün mühərrik təmiri şirkətləri ilə müqavilə bağlanmasını da tələb edirlər. Çünki, qəzalar çox baş verir,  bütün bu xərcləri kuryerlər ödəyir və vaxt itirirlər.

Kuryerlər bildirirlər ki, “Trendyol” tətbiqindəki nasazlıqlara görə sistemi tərk edən kuryerlərə cərimələr də tətbiq edilir.

Xatırladaq ki, Trendyol kuryerləri ötən il də etiraz aksiyası keçirmişdi. Aksiyanın nəticəsində, işçilərin tələbləri qəbul edilmişdi.

Son xəbərlər
Digər xəbərlər