Treyder Nik Lison Barings bankını necə müflis etməyindən danışdı

Məşhur Treyder Nik Lison 233 illik tarixi olan, aristokratlar və kral ailəsinin öz pullarını etibar etdiyi Britaniyanın Barings bankını necə müflis etdiyi haqqında danışdı. Bir neçə il ərzində “kələkbaz treyder” (KİV Lisonu belə adlandırırdı) gizli hesabda 800 mln funt xərci gizlətməyi bacarmışdı.

Lison qeyd edirdi ki, bank rəhbərliyi “hədsiz dərəcədə zəif” idi. “Top-menecerlər ticarət etdikləri bazarın necə işlədiyini dərk etmirdi. Hərdən Barings tənəzzülünü çoxsəviyyəli mürəkkəb maliyyə fırıldaqları ilə əlaqələndirirlər, guya ki bunların mən etmişəm. Burda çətin bir şey yox idi! Onlar sadəcə olaraq öz səhvlərini gizlətməyə çalışırdılar”, – treyder qeyd edir. “Fikirləşirəm ki, onların həmin vaxt əldə etdikləri yeddirəqəmli bonuslar ağıllarını əllərindən almışdı”, – o, əlavə etdi.

“1990-cı illərin əvvəlində derivativlər bazarın çox istifadə olunan alətləri deyildi və satış şöbəsi və ya “back” ofisdə bu alətlərlə işləyən işçilərə kifayət qədər yüksək bonuslar verirdilər. Elə həmin zamanlarda Barings Sinqapurda müvafiq şöbələr üzrə əməkdaşlar cəlb etməyə başladı. Deməli belə, rəhbərlik qərar verdi ki, “back” ofis işçilərinə tam əməkhaqqı ödəməyin yeri yoxdur, bununla da ayda hər işçi başına qənaət olunan məbləğ 400 funt təşkil etdi. Buna görə də nəticədə, ofisdə Sinqapur Milli universitetini bitirən ağıllı-başlı yalnız bir nəfər var idi. Ona görə də, onları ortaq kimi görə bilməzdim – onlar naşı, çox sadəlövh insanlar idilər, onlarla manipulyasiya etmək o qədər də çətin deyildi. Əgər rəhbərlik simiclik etməsə idi, mənimlə işi yaxşı başa düşən təcrübəli insanlar işləyərdi”, – Lison qeyd etdi.

Bununla yanaşı, onun sözlərinə görə “SİMEX (The Singapore International Monetary Exchange) zəif inkişaf etmişdi”. “Onun rəhbərliyini yalnız istənilən üsullarla ticarətin həcmini artırmaq narahat edirdi. SIMEX həmin vaxt onunla əməkdaşlıq edən bankların tamamilə yapon bazarından asılı olduğunu başa düşən yeganə təşkilat idi, lakin bunu düzəltmək üçün isə heç nə etmirdi”, – o, qeyd etdi.

İngiltərə bankının Barings-i nə üçün xilas etmədiyi və nəticədə maliyyə institutunun İNG tərəfindən simvolik olaraq bir funta alınmasını mühakimə edərkən, Lison xatırlayır ki, “həmin vaxt heç kim dəqiq zərəri hesablamağa cürət etmirdi”. “Hamını itkilər üzrə təminat və mənim mövqeyimin miqyası narahat edirdi. Bundan əlavə, İngiltərə bankının da maliyyə fırıldağında əli var idi, belə ki bir neçə dəfə əsas şirkətin öz filiallarına təqdim etdiyi kredit limiti normasını aşmağa imkan vermişdi”, – o, bildirdi.

Hazırda Lison “konfrans, dəvət olunduğu gecələrdə çıxış edərək” qazanır. “Bundan əlavə, mən aktiv olaraq, müxtəlif jurnallar üçün məqalələr yazıram”, – o, bildirdi.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.