Müəllif: müstəqil treyder Ağa Muxtarov
Araşdırma göstərir ki, uğursuzluğa düçar olan treyderlərin əksəriyyəti eyni səhvləri edir. Belə bir sual meydana çıxır: Treyderlər hansı hallara və ya səhvlərə yol verirlər. Hər bir ticarət növündə olduğu kimi maliyyə bazarında da qaydalar və qanunlar mövcuddur. Aşağıda göstərilən 8 səhv əksər treyderin məhvinə gətirib çıxarır.
1. Həyati vacib pullarla ticarət – O pullarla ticarət ki , hansını ki, çox asanlıqla itirə bilərsiniz. Məhz uğurlu ticarət aparmağa mane olan əsas səbəblərdən biri də həyati vacib olan pullarla ticarətdir. Çünki ticarət edərkən bu pulu itirmək qorxusu və həyəcanı treyderin düşünməsinə və düzgün qərar verməsinə mane olur.
2. Əminliyə ehtiyac – Hər bir treyder ticarət edərkən uğurlu nəticəyə əmin olmalıdır. Əgər treyder bazara daxil olmağa qorxursa və əmin deyilsə, ticarət etmək məqsədə uyğun deyil. Bir çox treyderlər bazara daxil olmaq üçün müxtəlif siqnallara ehtiyac duyurlar. Bəziləri fundamental xəbərlərin nəticələrinin bazara necə təsirini , qiymətin optimal səviyyəyə gəlməsini, bəziləri hər hansı bir indikatorun “yaşıl işıq“ işarəsini verməsini gözləyir. Bunların hamısına diqqət yetirmək lazımdır, ancaq ən əsası treyderdə özünəinam hissinin olmasıdır.
3. Gəliri qazanmadan əvvəl xərcləmək- Treyder əməliyyat edir, əməliyyat uğurlu olur, gəlir olur deyə treyder “take profit”i çəkir daha çox qazanmaq istəyir, bazar istiqamətini dəyişir və qazanılan itirilir. Bu vəziyyətdən qaçmağın yeganə yolu odur ki, bazara girməzdən əvvəl treyder hansı qiymətdə bazardan gəlirlə və ya ziyanla çıxacağını bilməlidir. Yadda saxlamaq lazım ki, bazar biz istədiyimiz qədər deyil, özü istədiyi qədər verir.
4. Treyderi məhv edən 3 söz – Ümid, Arzu , Xahiş – Bir çox hallarda treyderlər əməliyyat edərkən qazandığı pulu necə xərcləyəcəyini xəyal edir, və ya vəziyyət pisləşdikdə mənfinin böyüməsinə icazə verir. Ümid edir ki, hər şey yaxşı olacaq və ya başlayır xahiş etməyə (ürəyində dua edir). Bu cür hallardan qaçmağın yeganə yolu mənfiyə gedən əməliyyatı bağlamaqdır.
5. Plansız işləmək və ya mövcud plana riayət etməmək- bir çox treyderlər konkret metodu və ya strategiyanı formalaşdırana qədər kifayət qədər uğursuzluqla qarşılaşmalı olurlar. Hər bir treyderin onun spesifik və intuitiv xüsusiyyətlərinə uyğun planının olması şərtdir. Adətən ticarət (trading) etməyə təzə etməyə başlayan treyderlər həftədə bir metoddan istifadə edirlər. Bu isə onların məhvinə gətirib çıxarır. Çünki onlar hansı metodun işləyib işləmədiyinin fərqinə vara bilmirlər və onlara lazım olanı müəyyən etməyə çətinlik çəkirlər.
6. Pis vəziyyətdən çıxmağın yolunu bilməmək- Maraqlı faktlardan biri budur ki əksər treyderlər bazara daxil olarkən pis vəziyyət yaranarsa necə və nə zaman çıxacağını bilmir, vəziyyət pisləşdikdə isə hər şeyi rassionallaşdırmağa başlayırlar.
7. Özün haqqında böyük fikirdə olmaq (lovğa olmaq)– tədqiqatlar göstərir ki, depoziti partlamış treyderlərin əksərinin yaxşı ticarət yolu olub. Bəs necə olub ki, treyder hesabı partladıb…,? Uğurlu ticarət yolu keçən treyderlərdə özünə inam hissi qədərindən artıq olur. Bu isə əməliyyat verərkən həcmin çoxalmasına gətirib çıxarır və nəticədə hesab yüklənmiş olur, hər hansı bir impulsiv hərəkət və depozit məhv olur. Unutmaq lazım deyil ki, biz bazar üçün heç bir əhəmiyyət kəsb etmirik.
8. Bazar alətinə aşiq olmaq- Uğursuzluğa aparan amillərdən biri də həmişə eyni alətlə ticarət etməkdir. Çünki ticarətdə belə bir qanun var: alış və ya satış üçün optimal qiymət. Əgər sən seçdiyin alət bu optimal qiymət səviyyəsində deyilsə vacib deyil bazara atılmaq. Digər alətlərə də göz gəzdirmək məsləhət görülür.