3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Treyderlər bitkoinin ucuzlaşması fonunda $810 mln. itiriblər

“Coinglass”ın məlumatına görə, son sutka ərzində kriptovalyuta treyderləri 810 milyon dollar itiriblər.

Banker.az xəbər verir ki, ümumilikdə kriptovalyutaların 208 min istifadəçisinin marja mövqeləri məcburi şəkildə bağlanıb. “Coinglass”a görə, ən böyük ləğvetmə 10 milyon dollar olub və Bitcoin ilə birləşdirilmiş BitMEX-də baş verib.

Vurğulanır ki, treyderlərin bu itkisi bitkoinin ucuzlaşması ilə əlaqəli olub – yanvarın 6-sına keçən gecə dünyanın ən populyar kriptovalyutası 7% ucuzlaşaraq 42.5 min dollara düşüb.

Qeyd edildiyi kimi, bitkoinin kəskin ucuzlaşması Qazaxıstanda kütləvi etirazların başladığı bir vaxtda baş verib. Bunun səbəbi isə ölkədə maye qazın bahalaşması olub.

Qazaxıstan hökuməti istefa verib, prezident Kasım-Jomart Tokayev isə 2021-ci ilin sonuna qədər altı ay müddətinə respublikada mayeləşdirilmiş qaz, benzin və dizelin qiymətlərinin dövlət tənzimlənməsinin tətbiqi barədə göstəriş verib.

Son xəbərlər
Oxşar xəbərlər