Treyderlər kriptobazarın düşməsi fonunda 1 mlrd. dollardan çox itirdilər

Son bir gündə treyderlər kriptobazarın düşməsi fonunda 1 milyard dollardan çox itiriblər. Bildirildiyi kimi, 24 saat ərzində ticarət platformalarından 162 min istifadəçinin mövqeyi bağlanıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.Onlardan biri “Ethereum” ilə müqavilədən 7 milyon dollar itirib.

Ləğv olunan vəsaitin böyük hissəsi (480 milyon dollar) “Bitcoin”in payına düşüb. İkinci yeri “Ethereum” (276 milyon dollar), üçüncü yeri isə “XRP” (70 milyon dollar) tutub. Son bir gündə ləğv edilən əməliyyatların 86%-i uzunmüddətli olub.

8 iyun səhəri “Bitcoin”in dəyəri 32.1 min dollara düşüb. Son sutkada kriptovalyuta 8% ucuzlaşıb. Aktiv 19 mayda qeydə alınan minimum səviyyəyə (30 min dollar) yaxınlaşır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.