10 C
Baku
Sunday, December 22, 2024

Treyderlər ABŞ dolları ilə bağlı seçim qarşısında qalıblar

Bu həftənin cümə axşamı ABŞ dolları əsas rəqiblər funt və yenin aktiv satışları ilə dəstəklənərək sürətlə bahalaşıb. Bununla belə, bütün “gözlər” cümə günü çıxacaq ABŞ qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq hesabatına yönəlib.

Banker.az xəbər verir ki, bu həftə dolların məzənnəsinin artması treyderlərin ABŞ Federal Ehtiyat Sisteminin digər dünya mərkəzi bankları ilə müqayisədə faiz dərəcələrini nə dərəcədə aqressiv şəkildə aşağı salacağına dair şübhələrindən irəli gəldi.

“Bloomberg Dollar Spot İndeksi” ard-arda dördüncü sessiyada artır və bu, son bir ayda ən uzun artım seriyasıdır. Treyderlər cümə günü dərc olunacaq ABŞ-ın aylıq məşğulluq hesabatına fokuslanıb. Gözləntilərə görə, bu hesabat əmək bazarının gözləniləndən daha yavaş soyuduğunu göstərəcək.

“Sentiyabr ayı üzrə əmək haqqı hesabatının daha güclü olması riski artır, bu da ABŞ fond bazarında və dollar bazarında adət etdiyimizdən daha güclü hərəkətlərə səbəb ola bilər”, – deyə valyuta brokeri “XTB”nin tədqiqatlar direktoru Ketrin Bruks Bloomberg-ə bildirir.

“Risklərin yüksək olması ilə ABŞ əmək bazarı hesabatı birləşəndə, bu, qeyri-sabit vəziyyət yaradır”.

Treyderlər FED-nin faiz dərəcələrini azaltma yolunda qeyri-müəyyənlik və ABŞ-da keçiriləcək seçkilərlə bağlı dollar üzrə mövqe (long position) tutmaqdan çəkinirlər. Bu, dolların məzənnəsinin artmasını onun əvvəlki hərəkətlərinə bənzədir.

Funt və yenin əsas tərəfdaş valyutalarının satışı dolların mövqelərini gücləndirdi. Cümə axşamı funt-sterlinq, İngiltərə Bankının rəhbəri Endryu Beylinin inflyasiya məhdud qaldığı halda daha aqressiv monetar siyasət yumşalmasının mümkünlüyünü qeyd etməsindən sonra dollar qarşısında 1%-dən çox ucuzlaşıb. Yen isə Yaponiya yeni baş naziri Şigeru İsibənin bazarları silkələyərək iqtisadiyyatın yeni faiz artımına hazır olmadığını bildirməsindən sonra ucuzlaşmağa davam edib.

1x 1

“Biz dolların qiymətinin aşağı olduğunu və artıma məhkum olduğunu qeyd edirdik, çünki bazarın diqqəti ABŞ-dan digər dünya ölkələrinə yönəlmişdi”, – deyə “TD Securities”in valyuta strateqi Ceyati Bharadvac bildirir. “Bu, ABŞ məlumatlarının sabitləşməsi və digər ölkələrin məlumatlarının yumşalması və ya yavaşlaması ilə reallığa çevrilir, bu da bizi həmin ölkələrdəki mərkəzi bankların fəaliyyətlərini yenidən qiymətləndirməyə vadar edir”.

34535
Yenin və funt-sterlinqin zəifliyi ABŞ dollarının artımına dəstək verir. Mənbə: Bloomberg.

Dolların son sessiyalardakı artımına həmçinin Yaxın Şərqdəki münaqişənin kəskin şəkildə gərginləşməsi də dəstək olub. Çərşənbə axşamı İran İsrailin Livana endirdiyi zərbələrə cavab olaraq İsrailə təxminən 200 ballistik raket atıb. İsrailin baş naziri Benyamin Netanyahu cavab tədbirləri görəcəyinə söz verib. Dollar adətən geosiyasi gərginlik dövrlərində artır, çünki investorlar ABŞ-da təhlükəsiz aktivlərə yönəlir.

“ABŞ iqtisadiyyatının pis vəziyyətdə olmaması və təhlükəsizlik faktoru ABŞ dollarının məzənnəsinin artmasına səbəb olur”, – deyə “Monex Inc.”in valyuta treyderi Helen Given qeyd edir.

Son xəbərlər
Digər xəbərlər