Kriptovalyuta treyderləri milyardlarla dollar itkiyə məruz qalıblar.
Buna oktyabrın 11-nə keçən gecə kriptovalyuta bazarındakı kütləvi eniş səbəb olub.
Məlumata görə, məcburi dayandırılan ticarət əməliyyatlarının həcmi 24 saat ərzində 19 milyard dolları ötüb.
Bu, bütün zamanların ən yüksək göstəricisi olub.
Xatırladaq ki, ötən gecə “Bitcoin” 122.000 dollardan 102.000 dollara düşüb. Kəskin azalma ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunan mallara irimiqyaslı tarif artımını elan etməsindən sonra başlayıb. Məlum olub ki, ABŞ noyabrın 1-dən etibarən mövcud tariflərə əlavə olaraq 100% rüsum tətbiq edəcək.